Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sağ olsaydı...


Bu gün dünya kompyuter sənayesinin liderlərindən biri, dünyanı öz qlobal ideyaları ilə dəyişən dahi insanın - Stiv Cobsun anadan olduğu gündür. Sağ olsaydı, bu gün 57 yaşının tamam olmasını qeyd edəcəkdi.  O, "Apple", "Next", "Pixar" kimi iri şirkətlərin  banilərindən biri, dünya kompyuter sənayesində əsas fiqur idi.
S.Cobs  1955-ci il fevral ayının 24-də Kaliforniya ştatının Mauntin-Vyu şəhərində dünyaya göz açıb.

Maraqlıdır ki, bu gün Stiv Cobsun anadan olduğu şəhər texnologiya dünyasının ocağı sayılan " Silikon vadisi"nin ürəyi hesab edilir. Stivin bioloji valideynləri Suriya mühaciri olan atası Əbdülfəttah Con Candali  və anası  Coan Kerol Şible  qeyri-qanuni nikahdan doğulmuş uşağı övladlığa verirlər.

Stiv hələ orta məktəbdə oxuyarkən elektronika ilə maraqlanır. Öz adaşı Stiv Voznyak ilə tanış olduqdan sonra isə onlar birlikdə kompyuter texnologiyaları ilə bağlı biznes qurmaq  haqqında fikirləşirlər. Partnyorların birinci layihəsi "BlueBox" (şəhərlərarası əlaqədən pulsuz istifadə etməyə imkan verən qurğu. 150 dollara satılırdı) olur. A

paratın hazırlanması və quraşdırılması ilə Voznyak məşğul olurdu, 13 yaşlı Cobs isə qeyri-qanuni malı satırdı. Gələcəkdə dostlar birlikdə texnologiya dünyasında inqilab edirlər. Əldə edilən uğurlar, nüfuz, şöhrət və hətta zənginlik Stiv Cobsu amansız xəstəliyin pəncəsindən qurtara bilmir.

2003-cü ilin oktyabr ayında qarın sahəsinin skan edilməsi Stiv Cobsda mədəaltı vəzin xərçəng şişi olduğunu təyin edir. Ümumiyyətlə, bu diaqnoz ölümcüldür, lakin "Apple" rəhbərində xəstəliyin çox nadir forması idi və onu əməliyyat vasitəsi ilə sağaltmaq olardı. Əvvəlcə Cobs əməliyyatdan imtina edir, belə ki şəxsi inamına görə insan orqanizminə müdaxilə olunmasını qəbul etmirdi.

9 ay ərzində Stiv Cobs sərbəst sağalmağa ümid edirdi və bütün bu vaxt ərzində "Apple" rəhbərliyindən heç kəs onun ölümcül xəstəliyi haqqında investorlara məlumat vermir. Sonra Stiv həkimlərə inanmağa qərar verir və öz xəstəliyi haqqında ictimaiyyəti xəbərdar edir. 2004-cü il iyul ayının 31-də Stenford Universiteti nəzdindəki tibbi mərkəzdə müvəffəqiyyətli əməliyyat keçirir.

2008-ci ilin dekabrında həkimlər Cobsda hormonal disbalans aşkar edirlər. 2009-cu ilin yayında Tennesi Universiteti nəzdindəki Metodist xəstəxanasının nümayəndələrinin sözlərindən məlum olur ki, Stiv qaraciyərin dəyişməsi əməliyyatını keçirib. Uzun sürən müalicə və profilaktika tədbirləri İT dünyasının ən nüfuzlu şəxsini sağlam həyata qaytara bilmədi.

Beləliklə, "Apple" şirkətinin baş direktoru vəzifəsindən formal gedişindən 1 ay sonra sonra əvəzsiz lider, şirkətin və onun bütün yeniliklərinin əsas ilhamvericisi olan Stiv Cobs 2011-ci il oktyabrın 5-də 56 yaşında dünyasını dəyişib.





24/02/12    Çap et