Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsan arteriyalarında hərəkət edə bilən qurğu yaradılıb (VİDEO)
“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, Stenfords Universitetinin alimləri tibbi təyinata malik qurğu təqdim ediblər. Qurğu insanın arteriyalarında hərəkət edə bilir.
Yeniliyin daxili qida mənbəyinə ehtiyacı yoxdur və bu səbəbdən analoqları ilə müqayisədə çəkisi 2 dəfə daha azdır. Cihazın idarə edilməsi və ona enerjinin ötürülməsi simsiz texnologiya vasitəsi ilə həyata keçirilir.
"Belə qurğular tibb sahəsində əsl inqilab yarada bilər" – qurğunun istehsalçısı Ada Pun qeyd edib. Onun sözlərinə görə, qurğudan həm diaqnostika, həm də kiçik cərrahi müdaxilələrin həyata keçirilməsi üçün istifadə etmək olar.