Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Tələbə - Məzun Dövlət Elektron Məlumat Sistemi” yaxın zamanlarda istifadəyə veriləcək
“Tələbə - Məzun Dövlət Elektron Məlumat Sistemi”nin yaxın zamanlarda istifadəyə verilməsi üçün işlər intensivləşdirilir. Belə ki, sistemin istifadəyə verilməsi ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin məsul şəxs və operatorlarına fevralın 17-dən etibarən sistemə giriş üçün bağlantı parametrləri verilməsi prosesinə başlanılıb.
Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin əksər hissəsi sistemə qoşulmaq üçün müvafiq bağlantı parametrləri alıb və sistemə qoşulublar. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə TQDK-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə məlumat verib.
Onun sözlərinə görə, 27 fevral 2012-ci il tarixindən 29 fevral 2012-ci il tarixinədək Gəncə və Şəki şəhərləri və ətraf yaşayış məntəqələrində yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxs və operatorları üçün treninq təşkil olunacaq. Onlara və ali təhsil müəssisələrinin məsul şəxs və operatorlarına sistemə bağlantı parametrləri veriləcək.
HƏQİQƏT
24/02/12 Çap et