Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin birinci rübündə sərt disk istehsalının həcmi 145 milyona qədər artacaq


"İCTnews" elektron xəbər xidməti "dailycomm.ru" resursuna istinadən xəbər verir ki, 2012-ci ilin birinci rübündə sərt disk istehsalının həcmi 140-145 milyona qədər artacaq. Bu göstərici isə Taylandda baş vermiş daşqınadək olan istehsal həcminin təxminən 80%-ni təşkil edir, -"DigiTimes" portalı yazıb.

"HDD" istehsalçıları arasında "Hitachi Global Storage Technologies" və "Seagate Technology" şirkətləri təbii fəlakətdən daha az ziyana məruz qaldıqlarına görə, bu şirkətlər "Toshiba" və "Western Digital" şirkətləri ilə müqayisədə əvvəlki istehsal həcmini daha tez bərpa edə biliblər.

Məlumat üçün bildirim ki, Taylandda baş vermiş daşqından sonra sərt disk istehsalının həcmi 175 milyondan 120-125 milyona qədər azalmışdı.

İstehsalçılar öz müəssisələrini bərpa etməyə başladıqdan sonra istehsal həcmi tədricən artmağa başladı. 2012-ci ilin ikinci rübündə istehsal həcminin 160 milyona qədər artacağı, üçüncü rübdə isə əvvəlki vəziyyətini bərpa edəcəyi gözlənilir.


 
EMİL





24/02/12    Çap et