Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola Mobility” şirkətində rəhbər vəzifəsini “Google”-un top-meneceri tutacaq


“İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” resursuna istinadən xəbər verir ki, “Motorola Mobility” şirkətinin yeni baş direktoru hazırda “Google” şirkətinin Şimali və Cənubi Amerikadakı reklam satışları üçün cavabdehlik daşıyan Dennis Vudsayd olacaq.

Qeyd edim ki, “Motorola Mobility” şirkəti tezliklə “Google” korporasiyasına məxsus olacaq. O, hazırkı rəhbər Sancay Canı əvəz edəcək.
Dennis Vudsaydın bir neçə  namizəd arasından seçildiyi bildirilib.

Mütəxəssislərin fikrincə, “Motorola Mobility” şirkətini 12.5 milyard dollara satın alması nəticəsində “Google” korporasiyası ABŞ-ın mobil telefon bazarında “Apple” və “RIM” şirkətlərinin birbaşa rəqibi olacaq.

Bu satınalma ilə internet-nəhəng mobil telefon istehsalçısının patent portfelinə sahiblənərək özünü çoxsaylı məhkəmə iddialarından müdafiə edəcək. Bununla da “Android” platformasının inkişafını təmin etmiş olacaq.
 
EMİL
 





24/02/12    Çap et