Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəmi bir SMS-ə “Bakcell”dən “Porsche” qazandı


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti böyük məmnuniyyətlə elan edir ki, 24 fevral 2012-ci il tarixində “Öz Porsche-ni seç!” kampaniyasının qalibinə “Porsche” avtomobilini təqdim edib. Budəfəki qalib kampaniya müddətində cəmi bir SMS göndərib və indiyə qədər keçirilən elektron püşkatmaların tarixində ən şanslı qalib olub. 

“Porsche” Bakı Mərkəzində keçirilən mərasim zamanı “Bakcell” şirkətinin baş kommersiya direktoru cənab Krasimir Genov “Porsche”-nin sahibi Emil Məmmədova avtomobilin açarlarını təqdim edib: “Abunəçilərimiz üçün bu cür kampaniyalar təşkil etmək “Bakcell” üçün artıq bir ənənəyə çevrilib. Cəmi bir neçə gün əvvəl başqa bir abunəçimiz “Bakcell”dən “Mercedes-Benz” avtomobili qazandı.

Bu cür kampaniyalar gələcəkdə də davam etdiriləcək. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür”.
Emil Məmmədov ona belə bir fürsət qazandırdığı üçün “Bakcell” şirkətinə təşəkkür edib: “Dekabrın 31-də cəmi bir SMS göndərmişdim və bu SMS mənə “Porsche” qazandırdı. Heç ağlıma da gətirməzdim. Görünür, çox şanslıyam”.

“Öz Porsche-ni seç!” kampaniyası 10 noyabr 2011-ci il tarixindən 25 yanvar 2012-ci il tarixinə qədər keçirilib. Kampaniyada iştirak etmək üçün abunəçilər 333 qısa nömrəsindən göndərilən qısa SMS-suala cavab verməklə gündəlik və həftəlik hədiyyələri qazanmaq imkanını əldə edirdilər.

66 iştirakçı gündəlik və 10 iştirakçı həftəlik hədiyyələr qazanıb. Xoşbəxt qaliblər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Tiraj Komissiyasının iştirakı ilə elektron püşkatma vasitəsilə seçilib.





24/02/12    Çap et