Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponlar 2050-ci ildə kosmosa lift hazırlamağı planlaşdırır
Yaponiya KİV-nin yaydığı məlumata görə, yaponlar saatda 200 kilometr sürətlə hərəkət edəcək "kosmos lifti" hazırlayır.
"Kosmos lifti" 7,5 gün ərzində 36 min kilometr yüksəkliyə qalxa biləcək. Kosmos liftinin yaradılması ideyasını hələ 19-cu əsrdə kosmonavtikanın atası Konstantin Tsiolkovski irəli sürüb.
Yaponiyanın "Obayasi" firmasının həyata keçirmək istədiyi fantastik layihənin 2050-ci ildə başa çatacağı güman edilir.
Layihənin rəhbəri Satomi Katsuyamanın sözlərinə görə, belə bir layihəni reallaşdırmaq üçün bütün texnologiyalara malikdirlər.
GÜLNAR
24/02/12 Çap et