Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil elektronika üçün yaradılan əlavələr bazarı tədqiq edilib
“İCTnews” elektron xəbər xidməti “osp.ru” resursuna istinadən xəbər verir ki, “Canalys” şirkəti mobil elektronika üçün yaradılan əlavələr bazarını tədqiq edib. Tədqiqat nəticəsində məlum olub ki, “Android Market” mağazasındakı əlavələr “App Store”-dəki analoqları ilə müqayisədə 2 dəfə bahadır. Analitiklər tədqiqat üçün “Android Market” mağazasından 100 ən populyar və yüklənən əlavə seçiblər.
“App Store” mağazasından da həmin əlavələrin eyni sayda analoqu seçilib. Proqramların ümumi qiymətini hesabladıqda aydın olub ki, “Android” platforması üçün əlavələr “iOS” üçün əlavələrdən təxminən 2,5 dəfə bahalıdır.
“Android Market” mağazasında 100 ən populyar əlavə üçün təxminən 375 dollar ödəmək lazımdır. Bu, o deməkdir ki, 1 əlavənin qiyməti orta hesabla 3,75 dollar təşkil edir. “App Store” mağazasında isə 1 əlavənin qiyməti 1,47 dollar təşkil edir.
EMİL
25/02/12 Çap et