Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” həmtəsisçisi: mikrobloqlarda daha az vaxt keçirmək lazımdır


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir k, istifadəçilər “Twitter” xidmətində həddindən artıq çox vaxt keçirməməlidirlər. Bu barədə “Twitter” mikrobloqlar xidmətinin həmtəsisçi və yaradıcı direktoru Biz Stoun bəyan edib.

Onun sözlərinə görə, “Twitter” xidmətində həddindən çox vaxt keçirmək sağlamlığa təsir edə bilər. Biz Stoun bunun əvəzinə xidmətdə uzun müddət qalmağı deyil, ondan tez-tez istifadə etməyi tövsiyə edib.

Biz Stoun, həmçinin vurğulayıb ki, şirkət hər tvit üçün simvolların sayını  artırmağı planlaşdırmır. İstifadəçilər əvvəlki kimi hər tvit üçün 140 simvol məhdudiyyətindən istifadə etməli olacaqlar.


 
EMİL





25/02/12    Çap et