Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti “Chrome” veb-səyyahına "izləməmək" düyməsi tətbiq edəcək
“İCTnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, “Google” şirkəti “Chrome” veb-səyyahına "izləmək" (Do Not Track) düyməsi tətbiq etməyə razılaşıb. Bu düymə nəticəsində istifadəçi məlumatlarının toplanılması və onun fəaliyyəti haqqında məlumatların onlayn yayılmasının qarşısı alınacaq,- “Bloomberg” agentliyi yazıb.
“Google Chrome” veb-səyyahı üçün tətbiq ediləcək genişlənmə istifadəçi tərəfindən ziyarət edilmiş saytlar haqqında məlumat toplanılmasını deaktiv edəcək və beləliklə, kukilər (cookie) əsasında reklam mesajlarının fərdiləşdirilməsinin qarşısını almağa imkan verəcək.
"İzləməmək” (Do Not Track) düyməsini tətbiq etməyə razılaşan “Google” şirkəti ABŞ hakimiyyətinin internet-istifadəçilərin şəxsi məlumatlarının mühafizəsi üzrə təşəbbüsünü dəstəkləmiş olacaq.
EMİL
25/02/12 Çap et