Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lənkəran Dövlət Universitetində “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” elektron-poçt kampaniyası keçirilir
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) "Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!" elektron-poçt kampaniyasına başlanıb.
LDU-nun rektoru, professor Asəf İsgəndərovun sözlərinə görə, aksiyanın əsas məqsədi 1992-ci ilin Xocalı qırğını və 1918-ci ilin mart soyqırımı həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Rektor qısa müddət ərzində universitetin 500-dən çox tələbəsinin aksiyaya fəal qoşularaq, dünyanın müxtəlif humanitar təşkilatlarının, səfirliklərinin, ABŞ konqresmenlərinin ünvanına internet vasitəsilə məktublar göndərdiyini bildirib: «Biz Azərbaycanın bütün ali və orta ixtisas məktəb müəllimlərini və tələbələrini "Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!" ictimai hərəkatına qoşulmağa dəvət edirik».
GÜLNAR
25/02/12 Çap et