Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-medianın dəstəklənməsi üzrə sənəd hazırlanır


Azərbaycanda internet-medianın dəstəklənməsi üzrə sənəd hazırlanır. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bu sənəd Mətbuat Şurasında müzakirə olunur. O qeyd edib ki, layihə hazırlandıqdan sonra müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur. Bununla bağlı təcrübə olduğunu bildirən şura sədri Rusiya və digər ölkələrdə internet-medianın dövlət tərəfindən dəstəkləndiyini xatırladıb.
Ə. Amaşov onu da deyib ki, sentyabrda Bakıda internet-medianın problemlərinə həsr olunan konfrans keçirilməsi də nəzərdə tutulur. Mətbuat Şurasının sədri hazırda Azərbaycanda 2000-ə yaxın bloq səhifəsinin mövcud olduğunu qeyd edib.




04/07/11    Çap et