Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropalıların təxminən yarısı xəbərləri internetdən oxuyur- REYTİNQ


Beynəlxalq internet statistikası şirkəti "ComScore" 2012-ci ilin yanvarında Avropada internet istifadəçiləri ilə bağlı hesablamaları açıqlayıb.

Məlum olub ki, avropalıların təxminən yarısı xəbərləri internetdən oxuyurlar.
Avropanın 49 ölkəsində aparılmış hesablamalarda qitənin ən populyar xəbər saytları da seçilib.

"İCTnews"  "Milliyet"ə istinadən bildirir ki, yanvarda ən populyar  xəbər saytı İngiltərənin "The Daily Mail" qəzetinin portalı olub. Bu portala yanvar ayında 21, 841 milyon nəfər baxıb.

"The Guardian» qəzeti 16,384 milyon nəfərlə ikinci yerdə bərqərar olub. Reytinqdə 3-cü yerdə isə Türkiyənin "Milliyet" qəzetidir.

"Milliyet"in yanvar sayına 11,784 milyon nəfər baxıb.
ABŞ-ın "The New York Times" qəzetinin saytı da avropalılar arasında ən populyar xəbər mənbələri arasında yer alır.

«Avropanın 10 ən populyar  qəzetinin xəbər saytı» reytinqinin ilk onluğu:

1. "The Daily Mail" - 21,841 milyon nəfər
2. "The Guardian" - 16,384 milyon
3. "Milliyet" - 11,784 milyon
4. "Hürriyet" - 11,092 milyon
5. "Bild" - 10,991 milyon
6. "El Pais" - 8,75 milyon
7. "El Mundo"- 8,407 milyon
8. "Komsomolskaya Pravda" - 7,9 milyon
9. "The Telegraph" - 6,991 milyon
10. "The New York Times" - 6,892 milyon


GÜLNAR




25/02/12    Çap et