Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti ən böyük smartfon istehsalçısı adlandırılıb


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Strategy Analytics” analitik şirkətinin hesabatına əsasən, 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə Finlandiyanın “Nokia” korporasiyası  “Windows Phone” platformasında ən böyük istehsalçı olub. Hazırda şirkət “WP” qurğular bazarının 1/3-nə nəzarət edir.

Məlumat üçün qeyd edim ki, 2011-ci ilin oktyabr-dekabr ayları ərzində dünyada “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfon tədarükləri 2,7 milyon təşkil edib. Bu göstərici əvvəlki rüb ilə müqayisədə 36% çoxdur.

“Strategy Analytics” şirkətindən qeyd ediblər ki, “WP” aparat satışları rəqiblərlə müqayisədə hələ ki çox aşağıdır.


 
EMİL
 





27/02/12    Çap et