Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən sürətli “ağıllı” telefon təqdim ediləcək (VİDEO)


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Huawei” şirkəti bu gün, fevral ayının 27-si tarixində İspaniyanın Barselona şəhərində start götürəcək sərgiyə “Ascend D quad” smartfonunu gətirib.

Smartfon bundan əvvəl güman edildiyi kimi 4 nüvəli “ARM” prosessorla təchiz edilib. Maraqlısı odur ki, smartfonda “Tegra 3” qrafik prosessoru deyil, Çin istehsalçısının şəxsi “K3V2” hazırlaması istifadə olunub. 4 nüvənin hər biri 1,5 QHs takt tezliyində işləyə bilər.

“Huawei” şirkəti iddia edir ki, “Ascend D quad” smartfonu dünyada ən məhsuldar smartfondur. Çin istehsalçısının bəyanatına görə, “Ascend D quad” smartfonu rəqib qurğularla müqayisədə 30% az enerji istifadə edir.

“Huawei Ascend D quad” smartfonu 4.5 düymlü 720x1280 piksel təsvir ölçülü ekranla təchiz edilib. Smartfon 2 kameradan ibarətdir. Aparatın qalınlığı 8,9 millimetr təşkil edir. O, 1800 mA/saat tutumlu akkumulyatorla təchiz edilib.





EMİL




27/02/12    Çap et