Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samuxun kəndlərində genişzolaqlı internet xidməti göstəriləcək


Samux rayonunun bütün kəndlərində internetə sürətli çıxış təmin olunacaq. Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, rayonda daxili imkanlar hesabına 9 ədəd 48 portluq DSLAM avadanlığı alınaraq quraşdırılıb ki, bu da rayon mərkəzi ilə yanaşı, Sərkar, Qarayeri, İnstitut, Qovlarsarı, Ziyadlı, Çobanabadlı kəndlərində genişzolaqlı internet xidməti göstərilməsi təmin edilib.

“Əgər 2011-ci ilin iyul ayına qədər Samux TKQ üzrə cəmi 16 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edirdisə, bu gün artıq rayonda  bu rəqəm 414-dür.

Hazırda “Aztelekom” İB-nin internetin inkişafı konsepsiyasına uyğun olaraq bu istiqamətdə tədbirlər görülür və digər kəndlərdə də bu xidmətlərin təşkil edilməsi təmin edilir”- deyə Ələsgər Əliyev qeyd edib.





27/02/12    Çap et