Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinlilər Barak Obamanın “Google+”-dakı səhifəsinə axışır
Çin hökumətinin sosial şəbəkəyə qoyduğu qadağanı aradan qaldırmasından az sonra yüzlərlə çinli ABŞ prezidenti Barak Obamanın "Google+" səhifəsini mesajlarla doldurublar.
Kommunist hökumətinin sərt məhdudiyyətləri üzündən "Google+" yaranandan bəri çinli istifadəçilər bu şəbəkədən istifadəyə müyəssər olmayıb.
Lakin son bir neçə gündə çinlilər şəbəkəyə çıxış əldə ediblər. Bunun Çin hökumətinin senzuranı aradan qaldırması, yaxud da senzura sisteminə virusun daxil olması üzündən baş verib-vermədiyi aydın deyil.
Cənab Obama üçün qoyulan şərhlərin əksəriyyəti söz azadlığı, insan haqları, eyni zamanda ABŞ-da yaşamaq üçün "yaşıl kart" almaq kimi məişət tipli suallar üzərində cəmləşib.
GÜLNAR
27/02/12 Çap et