Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ hərbçiləri “iPad” planşetindən imtina ediblər
“İCTnews” elektron xəbər xidməti “popnano.ru” resursuna istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) xüsusi əməliyyat bölməsi 3 min “Apple iPad 2” planşetini almaqdan imtina edib. Səbəb isə planşetdə rus proqramının quraşdırılmasıdır.
“GoodReader” proqramı “Good.iware” şirkəti tərəfindən, daha dəqiq isə rus proqramçısı Yuri Selyukov tərəfindən hazırlanıb. Proqram “Pdf”, “Txt”, “Doc”, “Ppt”, “Xls” və digər formatları dəstəkləyir.
Həmçinin, mətni redaktə etmək və mətn daxilinə müxtəlif obyektləri (audio, video, foto) yerləşdirmək mümkündür.
Proqram kifayət qədər təhlükəsizdir və faylları şifrləməyə imkan verir. Şifrlənmiş faylları ötürmək mümkündür. “GoodReader” əlavəsi bütün dünyada istifadə edilir.
ABŞ Hərbi Hava Qüvvələrinin hərbi rabitə bölməsinin direktoru Maykl Makkarti Amerikanın “Nextgov” xəbərlər resursuna verdiyi müsahibəsində bildirib: "Mən Rusiyada yaradılmış proqramdan istifadə etməyəcəm".
EMİL
27/02/12 Çap et