Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur mobil telefon istehsalçısı sərfəli smartfon təqdim edib


"İCTnews" elektron xəbər xidməti "onliner.by" resursuna istinadən xəbər verir ki, "Nokia" şirkəti  "Lumia" seriyasından olan  smartfonlarının kiçik modelini təqdim edib. Yenilik "Windows Phone 7.5 — Tango" əməliyyat sistemi ilə işləyir. Qurğunun satışları 2012-ci ilin ikinci  rübündə başlanacaq, qiyməti isə 190 avro təşkil edəcək. Aparat 256 MB əməli yaddaşa malik olduğundan ona bütün əlavələri quraşdırmaq mümkün deyil.

Smartfon 800 MHs takt tezlikli prosessor, 5 meqapikselli kamera, 8 QB daxili yaddaş, 3,7 düymlü 800×480 nöqtə təsvir ölçülü ekran, ənənəvi modullar ilə təchiz edilib.

"Nokia Lumia 610" smartfonunun ölçüləri 119×62×12 mm, çəkisi isə 132 qr təşkil edir. İstehsalçıların sözlərinə görə, smartfonun avtonom işinin maksimal müddəti danışıq rejimində 7.5 saata, gözləmə rejimində isə 24 günə çatır.

EMİL





28/02/12    Çap et