Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alo, poçt?!


"Azərpoçt" MMC göstərilən xidmət növləri haqqında əhalidə geniş məlumatın olması üçün "012-169" sorğu telefonunda xidmət personalını daha da genişləndirib və vətəndaşların bütün sorğularının cavablandırılması üçün əməkdaşların bilik səviyyəsi artırılıb.

Bu nömrəyə zəng edən vətəndaşların sorğularının cavablandırılması ilə yanaşı, onların fikir və təklifləri də qəbul olunur və geniş təhlil olunaraq fəaliyyət istiqamətində tətbiqi araşdırılır.

Qeyd edək ki, ölkənin istənilən yerindən bu telefona zəng etməklə "Azərpoçt" MMC-nin xidmətləri  haqqında istənilən məlumatı almaq olar.





28/02/12    Çap et