Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Ermənistanın elektron hökumət serverini dağıdıblar
26 fevral tarixində özünü "Azerbaijan Defacers" Qeyri-rəsmi Kiber Ordusu adlandıran bir qrup Qarabağa aid olan erməni saytlarını dağıdıb. Bu barədə məlumat "Open.az" saytının "Qarabağ" bölməsində (http://open.az/novosti/informacionnye-tekhnologii/107215-vzlomany-sajjty-vsekh-ministerstv-armenii.html) yerləşdirilib. Saytın yaydığı xəbərdə qeyd olunur ki, hücum karabakh.net, gov.nkr.am, nkr.am, government.nkr.am, shoushi.nk.am, aravni.org və amkrtchyan.nkr.am saytlarına edilib.
Aşağıda hücum zamanında saytların güzgü variantı göstərilib:
Məlumatda qeyd edilir ki, Ermənistanın bütün nazirliklərinin əməkdaşlarının ad, vəzifə və nömrələrini əks etdirən Ermənistanın elektron hökumət serveri də dağıdılıb: "Bütün məlumatlar açıq şəkildə yüklənilə bilər".