Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransanın böyük saytlarından biri Sarkozini "dəfn edib"
“İCTnews” elektron xəbər xidməti “itar-tass.com” resursuna istinadən xəbər verir ki, "Midi Press" saytının ziyarətçiləri bazar günü saytda Fransa Respublikasının prezidenti Nikolya Sarkozinin həlak olması haqqında "sensasiyalı xəbər"i oxuyublar. Saytda yerləşdirilən məlumata görə, Fransa prezidenti baş vermiş yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Tezliklə saytın administratorları bu halı aşkar edib və məlumatı siliblər. Lakin informasiya saytda bir neçə saat ərzində əlçatan olduğuna görə artıq internetdə yayılmışdı.
Resursun sahibləri bildiriblər ki, bu hadisədə hakerlərin əli olub. Belə ki, "Midi Press" saytının sahibi "Depeş dyu midi" şirkətinin rəhbərliyi də bu faktı təsdiqləyib. "Bizim iqtisadi saytımız fevral ayının 26-da “sındırılıb”, - firmanın vitse-prezidenti Bernar Maffr bildirib. Şirkət respublika prezidenti Nikolya Sarkozidən üzr istəyir".
Kibercinayətkarların əsl məqsədi hələ ki aydın deyil, həmçinin onların şəxsiyyətləri təyin edilməyib. Hazırda şirkətdə daxili yoxlama keçirilir, bundan sonra rəhbərlik tam araşdırmanın aparılması üçün polisə müraciət etmək niyyətindədir.
EMİL
28/02/12 Çap et