Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mətbuat xidmətlərinin elektron siyahısı hazırlanır


Ombudsman Aparatı tərəfindən nazirliklərin və komitələrin mətbuat xidmətlərinin elektron siyahısı hazırlanır. Siyahı yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Ombudsman Aparatının böyük məsləhətçisi Nəcəf Tağıyev məlumat verib.

O bildirib ki, sözügedən siyahıda mətbuat xidmətlərinin əlaqə nömrələri də göstəriləcək: «Burada məqsəd jurnalistlərin daha rahat şəkildə mətbuat xidmətlərinə çıxmaq, əlaqə qurmaq imkanlarını artırmaqdır. Üstəlik, mətbuat xidmətlərinin fəaliyyətlərinin səmərəliliyini daha da artırmaqdır».

Onun sözlərinə görə, sözügedən siyahı hazır olduqdan sonra hər kəs ondan istifadə edə biləcək və məsələləri vaxtında araşdıra, eləcə də mətbuat xidmətlərindən məlumat ala biləcək.


 
SEYMUR





28/02/12    Çap et