Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakalavrlara xəbərdarlıq


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsilin magistratura pilləsinə daxil olmaq üçün imtahan verməyə hazırlaşan bakalavrlara xəbərdarlıq edib.

"İCTnews" elektron xəbər xidməti TQDK-nın rəsmi internet səhifəsinə (http://tqdk.gov.az) istinadən xəbər verir ki, bakalavrlar magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçiriləcək.
 






SEYMUR





28/02/12    Çap et