Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergilərlə bağlı məlumatları “Twitter” və “Youtube” sosial şəbəkələrində də almaq olacaq


Bundan sonra vergi ödəyiciləri vergilərlə bağlı məlumatları Vergilər Nazirliyinin rəsmi saytı, eləcə də “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi ilə yanaşı, digər sosial şəbəkələrdə də əldə edə biləcəklər. Belə ki, hazırda “Twitter” və “Youtube” sosial şəbəkələrində də nazirliyin rəsmi səhifələri fəaliyyətə başlayıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  internet istifadəçiləri “Youtube” səhifəsində nazirliyin maarifləndirmə tədbirləri əsasında müxtəlif təbliğat-təşviqat xarakterli reklam çarxlarına rast gələ bilərlər.

“Onlayn kargüzarlıq”, “Alış-veriş zamanı çek götürün”, “Vergiləri ödə - inkişafa dəstək ol” və s. kimi təbliğat materialları ilə yanaşı, istifadəçilər nazirlikdə keçirilən müxtəlif tədbirləri onlayn izləmək imkanı da qazanıblar.

İnformasiya ötürücülüyü baxımndan “Facebook” -dan bir qədər məhdud imkanlara malik olan “Twitter” şəbəkəsində də vergilərlə maraqlanan şəxslər üçün məlumatlar yerləşdiriləcək. Bu şəbəkədə məlumatlar digər saytlarda olduğundan qısa verilsə də, məlumatda əsas mənbəyə keçid linki də yerləşdiriləcək.

Bundan başqa, nazirliyə aid videogörüntülü materialların yerləşdirilməsi bu şəbəkədə də həyata keçiriləcək.
Nazirlikdən bildirilib ki, elektron xidmətlərin genişləndirilməsi  çərçivəsində aparlılan bu işlər vergilərlə bağlı maarifləndirmənin daha da gücləndirilməsi, eləcə də vergi ödəyicilərinə daha rahat xidmət göstərilməsini təmin etmək üçündür.
 
HƏQİQƏT





28/02/12    Çap et