Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Chrome” veb-səyyahındakı boşluqlar barədə məlumat verən şəxslər mükafatlandırılacaq
“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, “Google” şirkəti bir həftə sonra açılacaq “Pwn2Own” haker konfransında “Chrome” veb-səyyahının müdafiə mexanizmini “sındıra” bilən şəxsləri mükafatlandıracaq. Mükafatın ümumi məbləği 1 milyon dollardır.
Məlumat üçün bildirim ki, “Pwn2Own” haker konfransı ABŞ-da artıq 6 il ardıcıl olaraq keçirilir.
EMİL
28/02/12 Çap et