Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni sosial şəbəkə istifadəçiləri qane etmir
“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, hazırda “Google+” istifadəçiləri xidmətdə ay ərzində orta hesabla 3.3 dəqiqə vaxt keçirirlər. Məlumat üçün bildirim ki, 2011-ci ilin dekabr ayında bu göstərici 4.8, noyabrda isə 5.1 dəqiqə təşkil edib. Müqayisə üçün: “Facebook” sosial şəbəkəsinin istifadəçiləri xidmətdə yanvar ayında təxminən 7.5 saat vaxt keçiriblər.
“Google+” istifadəçilərinin sayı daim artır, lakin layihə hələ o qədər böyük populyarlıq əldə etməyib. “Bloomberg” agentliyi bildirib ki, 2012-ci ilin yanvar ayına olan vəziyyətə görə “Google+” sosial şəbəkəsində 90 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Müqayisə üçün, “Facebook” sosial şəbəkəsinin bazası 845 milyondan ibarətdir.
EMİL
28/02/12 Çap et