Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vergi ödəyiciləri SMS xidmətinə abunə ola biləcəklər
Vergilər Nazirliyi İnformasiya texnologiyaları şöbəsinin rəisi Eyyub İbrahimovun verdiyi məlumata əsasən, mobil telefon abunəçiləri SMS xidmətinə abunə ola biləcəklər.
Şöbə rəisinin sözlərinə görə, ölkədəki istənilən mobil operatorun istifadəçisi olan vergi ödəyicisi vergi orqanı tərəfindən verilmiş «istifadəçi kodu və şifrəni» Flaş SMS vasitəsilə yığmaqla avtomatik olaraq SMS xidməti üçün qeydiyyatdan keçərək abunə ola biləcək.
Beləliklə, SMS xidmətinə abunə olan vergi ödəyiciləri vergi öhdəlikləri və əməliyyatları, yəni vergi ödəyicisi büdcəyə ödəniş etdikdə, yeni borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda, fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, vergi orqanı tərəfindən cari vergi ödəmələri hesablandıqda mütəmadi olaraq SMS vasitəsilə məlumat alacaqlar.
Xidmətin yaxın 1 ay ərzində tətbiqi gözlənilir. Bu xidmət üçün mobil operator aylıq abunə haqqı 1,18 manat tutacaq.
GÜLNAR
28/02/12 Çap et