Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ölkədə texnoparkların yaradılması prosesi gedir, bu, müsbət prosesdir”
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir. Ölkə başçısı konfransda texnoparkların yaradılmasının vacibliyi barədə danışmışdır.
"Gəncədə alüminiumyönümlü texnopark yaradılmalıdır.Kimya sənayesində texnoparkın yaradılması prosesi başlamışdır. Böyük neft-kimya kompleksi tikiləcəkdir. "Azərikimya"ya bütün göstərişlər verilmişdir, Sumqayıtda torpaq sahələri ayrılmışdır.
Biz kimya sənayesində də hazır məhsulun buraxılmasına nail olacağıq. Bütövlükdə texnoparkların yaradılması prosesi gedir. Bu, müsbət prosesdir. Sumqayıt texnoparkı fəaliyyət göstərir, orada 10-a yaxın müəssisə fəaliyyətdədir, minlərlə iş yeri açılmışdır, hazır məhsul da istənilən ölkəyə ixrac edilə bilər.
Bir texnopark da Balaxanıda məişət tullantılarının yandırılması zavodunun yanında yaradılacaqdır. Orada da iş yerləri açılacaqdır və bir sahəni də Balaxanı texnoparkı öz üzərinə götürəcəkdir.
Beləliklə, dəfələrlə qeyd etdiyim sənayeləşmə prosesinə daha da ciddi təkan veriləcəkdir".
29/02/12 Çap et