Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti martın 7-si tarixində yeni “iPad” planşetini təqdim edəcək


“İctnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, “Apple” şirkəti martın 7-si tarixində üçüncü nəsil “iPad” planşet kompyuterinin təqdimatını keçirəcək. Bu barədə tədbirə dəvət almış “All Things Digital” saytı məlumat verib.

“Apple” şirkəti ənənəvi olaraq düzənlənəcək mətbuat konfransının mövzusu haqqında məlumat vermir.
Məlumat üçün bildirim ki, ikinci nəsil “iPad” planşeti 1 il əvvəl, martın 2-si tarixində təqdim edilmişdi. Yeni nəsil “iPad” planşetinin təqdimatı keçən il olduğu kimi, San-Fransisko şəhərində keçiriləcək.





 
EMİL
 
 





29/02/12    Çap et