Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəxsiyyət vəsiqələrində ünvanlar kodlaşdırıldı


"Yeni şəxsiyyət vəsiqələrində ünvan hazırkı formada göstərilməyəcək. Ünvan barədə informasiya elektron şəkildə göstəriləcək. Küçələrin adları əvəzinə onların kodları veriləcək". "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin rəhbəri Ramiz Quliyev jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

O bildirib ki, Azərbaycanda ünvan reyestrinin yaradılması çərçivəsində hər bir küçənin, daşınmaz əmlak obyektinin hər bir çıxışının öz nömrəsi olacaq».

Qeyd edək ki, Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə 2014-cü il yanvarın 1-dən başlanacaq. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.


SEYMUR




29/02/12    Çap et