Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bank ən son texnologiyalara əsaslanan bankomatların sayını artırır
"Kapital Bank" ən son bank texnologiyalarından sayılan "cash-in" tipli bankomatlarının sayını artırmaqdadır. Bu dəfə "Kapital Bank"ın 1 saylı Səbail, 1 saylı Xətai, 2 saylı Yasamal və Rabitə filiallarında da "cash-in" bankomatları quraşdırılıb.
Bankomatın köməyi ilə müştəri digər əməliyyatlarla yanaşı, kart hesabına vəsait də daxil edə bilər və bununla da hesabı artırmaqdan ötrü daha vaxt itirib filiala gəlməyə ehtiyac qalmır. Bankomata daxil edilən vəsait onlayn rejimində dərhal hesaba keçir.Yaxın vaxtlarda bankın regional filiallarında da bu bankomatların quraşdırılması nəzərdə tutulub.
GÜLNAR
29/02/12 Çap et