Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” mobil versiyasında reklam xidməti istifadəyə verir


“İctnews” elektron xəbər xidməti xəbər verir ki, “Twitter” mikrobloqlar xidməti “iOS” və “Android” mobil əməliyyat sistemləri ilə işləyən qurğular üçün əlavələrdə, həmçinin resursun mobil versiyasında reklam xidmətini istifadəyə verir. Bu barədə  şirkətin bloqunda yazılıb.

İstifadəçilər reklamları axtarış nəticələrində və öz xəbər lentlərində görə biləcəklər. Resurs nümayəndələri qeyd ediblər ki, istifadəçilər yersiz saydıqları hər hansı reklam mesajının nümayişindən imtina edə biləcəklər.Qeyd edim ki, reklam xidməti “Twitter”-in mobil versiyasında sınaq rejimində istifadəyə verilmişdi.






 
EMİL
 





29/02/12    Çap et