Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Axtarış nəhəngi İtaliya bəstəkarı Rossinin ad gününü qeyd edir
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən böyük axtarış sistemi olan “Google” bu gün, fevralın 29-u tarixində məşhur italyan bəstəkarı Coakkino Antonio Rossinin anadan olmasının 220-ci ildönümünü bayram loqosu (dudl) ilə qeyd edir.
İstifadəçi loqoya klik etdikdə "Djoakkino Rossini" sorğusu üzrə axtarış nəticələri olan səhifəyə yönləndirilir.
Coakkino Antonio Rossini həyatda olduğu müddətdə 39 musiqi əsəri yazıb. Onun ən məşhur əsərlərindən biri "Sevilya bərbəri" operasıdır.
Məlumat üçün bildirim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
EMİL
29/02/12 Çap et