Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” haker qruplaşması İnterpolun saytına hücum edib


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Anonymous” haker qruplaşması İnterpolun saytına (interpol.int) hücum edib. Buna səbəb polis idarəsinin “Anonymous” qrupundan olan 25 şəxsi həbs etməsi olub.

“Anonymous” haker qruplaşması “Twitter” bloqunda təsdiq edib ki, “interpol.int” saytına edilmiş hücumun arxasında məhz onlar dayanıblar.

Məlumat üçün bildirim ki, çərşənbə axşamı 4 ölkənin hüquq-mühafizə orqanları İnterpol əməliyyatı çərçivəsində Latın Amerikası və Avropada 17-40 yaş aralığında olan 25 şəxsi həbs edib. Həmin şəxslərin “Anonymous” haker qruplaşması ilə əlaqəli olduğu güman edilir, - Beynəlxalq Polis Təşkilatının rəsmi məlumatında qeyd edilib.


 
EMİL
 





29/02/12    Çap et