Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya kağız kitablardan imtina edəcək


Cənubi Koreya bütün təhsil sistemini kağız kitablardan elektron formata keçirmək proqramının inkişafına 2 milyarddan çox sərmayə qoymaq niyyətini bildirib. Tamamilə elektron təhsil vasitələrinə keçidi 2015-ci ilədək başa çatdırmaq planlaşdırılır.
Təhsil alanlara rəqəmli formatda pulsuz materiallar təklif ediləcək. Bundan başqa, Koreyada güman edirlər ki, müasir texnologiyalara uyğunluq distant təhsili qaydaya salacaq.




04/07/11    Çap et