Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə tələbələr yeni texnologiyalarla tam təmin olunub


Gəncə Dövlət Universitetində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, imtahanlara hazırlaşmalarını asanlaşdırmaq məqsədilə “gənclər otağı” adlı yeni layihə reallaşdırılıb.

Gəncə Telekommunikasiya İdarəsindən  “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, ilk olaraq filologiya, tarix, coğrafiya, fizika və texniki fənlər fakültələrində yaradılan bu otaqlarda veb- kameralar, həmçinin internet şəbəkəsinə qoşulmaqla 600 ədədə yaxın kompyuter quraşdırılıb.

Tələbələr yaradılan bu şəraiti yüksək qiymətləndirir və belə şəraitdən maksimum yararlanmağa çalışırlar. Onlar burada qısa vaxt ərzində virtual olaraq istədikləri fənnə aid ədəbiyyat əldə etməklə yanaşı, müxtəlif məlumatların elektron şəkildə toplanmasına da nail olurlar.

  Məlumatda daha sonra bildirilir ki, yaxın gələcəkdə universitetin 8 fakültəsinin hamısında belə otaqların yaradılması nəzərdə tutulub.





29/02/12    Çap et