Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GoldenPay” şirkəti kommunal ödənişləri bank vasitəsilə internetdən ödəyənləri mükafatlandıracaq


“GoldenPay” şirkəti “Visa” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir.

“GoldenPay” şirkətinin təsisçisi Fərid İsmayılzadə məlumat verib ki, əhali kommunal ödənişləri bank vasitəsilə internetdə – “hesab.az” portalında ödəyə bilərlər.

Onlayn ödəmə portalı bütün növ kommunal ödənişləri etmək imkanı verir. Qeydiyyatdan sonra, hər ödəniş apardıqda abunəçiyə bonus xallar əlavə olunur. Kart vasitəsilə hər xərclənmiş 1 qəpiyə görə 1 bal verilir və həmin ballar vasitəsilə abunəçi elektron lotereya bileti əldə etməklə müxtəlif hədiyyələr qazana bilər.

Martın 1-dən aprelin 30-dək “Visa” kart sahibləri üçün kommunal xidmətlərin ödənişi zamanı xüsusi güzəştlər nəzərdə tutulub. Kart sahibləri digər ödəniş sisteminə məxsus bank kartları sahiblərindən üç dəfə artıq bonus xallar əldə edəcəklər. “hesab.az” internet resursuna artıq Azərbaycanda əhaliyə kütləvi ödəmə xidmətləri göstərən 20-dən çox böyük şirkət və 10 mindən artıq istifadəçi qoşulmuşdur. “GoldenPay” mobil telefon istifadəçiləri üçün “hesab.az” portalının xüsusi “m.hesab.az” versiyasını da hazırlayıb.

“Visa”-nın MDB üzrə regional meneceri Aleksandr Kalita bildirmişdir ki, 50 ildən çox müddətdə “Visa” şirkəti dünyada nağdsız ödəniş sistemi sahəsi üzrə liderlərdən biridir. Məqsədimiz istehlakçılara istənilən yerdə, istənilən vaxtda, həmçinin internetdə rahat ödəniş vasitəsi təqdim etməkdir.





29/02/12    Çap et