Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ÜPİ Azərbaycan poçtunu digər ölkələrə nümunə göstərib
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə “Azərpoçt” MMC-nin 1200 poçt şöbəsinin mərkəzi serverə qoşulması nəzərdə tutulub.
Müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, ilkin araşdırmalara görə, 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulma üçün texniki imkanlıq olduğu müəyyənləşdirilib. Digər poçt şöbələrində uyğun işlərin həyata keçirilməsi mobil operatorların şəbəkəsindən istifadə edilməsi planlaşdırılır.
Burada Neft daşları və Cilov adasındakı poçt şöbələrinin də adı çəkilir. Poçt şöbələrinin 695-i “Azdatacom” üzərindən “Azərpoçt” MMC-nin mərkəzi serverinə qosulması həyata keçirilib. Hal-hazırda 535 PŞ-si “Azdatacom” şəbəkəsindən istifadə edir. Bakı şəhəri üzrə 126 PŞ və rayon PF üzrə isə 409 PŞ şəbəkədə işləyir.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqı “Azərpoçt”MMC “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin uğurlu tətbiqini xüsusi qeyd edərək digər ölkələrə nümunə göstərib.
01/03/12 Çap et