Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“NASA” itirə-itirə “gedir”
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, Amerika Aerokosmik Agentliyi (NASA) 2009-cu ilin aprelindən 2011-ci ilin aprelinə kimi olan dövrdə 48 məlumat daşıyıcısı itirib. Bu barədə "NASA"-nın baş inspektoru Pol Martinin ABŞ Konqresinin Nümayəndələr Palatasının komitələrindən birinə təqdim etdiyi məruzəsində qeyd olunub.
Pol Martinin məlumatına görə, 2011-ci ilin mart ayında Beynəlxalq Kosmik Stansiya üçün əmrlər alqoritmlərinin olduğu portativ kompyuter oğurlanıb.
Bundan əlavə, "NASA" nümayəndəsi, həmçinin məlumat verib ki, Aerokosmik Agentliyinin kompyuter sistemləri 2 il ərzində 5400 dəfə kiberhücumlara məruz qalıb. "NASA" hesab edir ki, bu hücumların əksəriyyətinin arxasında müxtəlif xarici dövlətlərin kəşfiyyat orqanları dayanır.
EMİL
01/03/12 Çap et