Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sığorta şirkətinin veb-saytında onlayn ödəmə tətbiq olunub
“A-Qroup” sığorta şirkətinin rəsmi veb-saytında sığorta şəhadətnaməsinin onlayn ödənişi həyata keçirmək imkanı var. Bu barədə sığorta şirkətindən verilən məlumatda deyilir ki, vətəndaş səyahət sığortası şəhadətnaməsinin evinə və yaxud iş yerinə çatdırılmasını sifariş etməklə yanaşı, həmçinin dərhal onlayn ödənişini həyata keçirə bilər.
Bunun üçün istənilən “VİSA”, “MasterCard” və “Maestro” plastik kartlarından istifadə etmək olar. Qeyd edək ki, onlayn ödəmə menyusundan, həmçinin, nəqliyyat, əmlak və şirkətin xidmət göstərdiyi digər sığorta növləri üzrə onlayn ödənişlər həyata keçirmək olar.Xatırladaq ki, “A-Qroup” sığorta şirkəti 3 icbari və 13 könüllü sığorta növü üzrə xidmət göstərir.
RƏVAN
01/03/12 Çap et