Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Azərekspresspoçt" banklarla əməkdaşlığa hazırlaşır
Hal-hazırda "Azərekspresspoçt" RM-in mütəxəssisləri kütləvi sayda bank kartlarının bankların kreditorlarına çatdırılmasını və onların müəssisənin internet saytında izlənilməsini nəzərdə tutan yeni xidmət növünün mexanizmini və proqram təminatını hazırlayırlar.
"Azərekspresspoçt" RM-in rəisi Eldar Tağıyev "İCTnews" elektron xəbər xidmətinə bu barədə geniş açıqlama verib. Onun sözlərinə görə, cari ilin 1 aprel tarixindən bu yeni xidmət növünün tətbiqinə başlanılacaq və ölkəmizdəki bankların həmin xidmətdən geniş istifadə edəcəkləri proqnozlaşdırılır.
Qeyd edək ki, "Azərekspresspoçt" RM kəskin rəqabət şəraitində 2011-ci ildə 24, cari ilin ilk iki ayı ərzində isə 12 hüquqi şəxslə EMS və kuryer poçt xidmətləri göstərilməsi haqqında müqavilə bağlayıb.
RƏVAN
01/03/12 Çap et