Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da məxfi danışıqlar üçün smartfon hazırlanır
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hazırda Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilən “RSA 2012” konfransında ABŞ-ın milli təhlükəsizlik agentliyi (NSA) “Fishbowl” kod adlı smartfonlar təqdim edib.
Bildirilib ki, eksperimental aparatlar vasitəsilə tamamilə şifrlənmiş danışıqlar aparmaq mümkündür. Belə qurğular, məsələn, hərbi əməliyyatların müzakirəsi və ya məxfi informasiyanın ötürülməsi üçün istifadə edilə bilər.
“Fishbowl” smartfonları “Android” əməliyyat sisteminin dəyişdirilmiş versiyası əsasında işləyir. Danışıqlar prosesində məlumatların “NSA” serverləri vasitəsilə marşrutlaşdırmasını həyata keçirən xüsusi “VOIP” əlavə tətbiq edilir.
EMİL
01/03/12 Çap et