Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkətinin kapitallaşdırma dəyəri 500 milyard dolları ötüb
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Apple" şirkətinin kapitallaşdırma dəyəri tarixində ilk dəfə olaraq 500 milyard dollar həddini ötüb. 1 səhmin qiyməti 542,44 dollar olub. Beləliklə, "Apple" şirkətinin ümumi kapitallaşdırma dəyəri 505,8 milyard dollar təşkil edib.
Bu ilin əvvəlindən "Apple" şirkətinin kapitallaşdırma dəyəri 34% artıb.Məlumat üçün bildirim ki, indiyə kimi cəmi 6 şirkət 500 milyard dollar həddini keçə bilib. Belə ki "Apple" korporasiyasından əlavə, "Microsoft" (2000-ci ildə 600 milyard dollar – hazırda 266 milyard dollar), "İntel" (hazırda 136 milyard dollar), "Cisco" (hazırda 109 milyard dollar), "ExxonMobil" və "General Electric" şirkətləri bu həddi keçməyi bacarıblar.
EMİL
01/03/12 Çap et