Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hicran Hüseynova: «Valideynlər uşaqların internetdən istifadəsinə də nəzarət etməlidir»


«Valideynlər uşaqların internetdən istifadəsinə də nəzarət etməlidir». «İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, internet bir tərəfdən müasirlikdirsə, digər tərəfdən isə böyük təhlükədir: «Ona görə ki, uşaqlar internet vasitəsilə bir-biri ilə yazışırlar, tanış olurlar.

Bunun müsbət nəticəsi olsa, yaxşıdır. Lakin çox zaman bu prosesə nəzarət çətin olur və uşaqların valideyndən xəbərsiz evdən getmələri kimi neqativ hallara yol açır. Uşaqlar internetdən istifadə etmək hüquqlarından düzgün istifadə etməli, valideynlər də onlara nəzarət etməlidirlər”.

SEYMUR




01/03/12    Çap et