Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı Azərbaycanın poçt markaları buraxılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkəti may ayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı yeni poçt markalarının buraxılışına hazırlaşır.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Azərmarka" şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib. Onun sözlərinə görə, buraxılışın tarixi hələlik dəqiqləşdirilməyib: "Hazırda biz markanın eskizinin təsdiq olunmasını gözləyirik. Daha sonra onu sifariş edəcəyik".
Baş redaktor markalarda əks olunan mövzu və məzmunların bir qayda olaraq, bir il əvvəldən müəyyənləşdirildiyini deyir: "Bir il öncədən planlaşdırılan mövzular nazirliyə təsdiq olunmaq üçün göndərilir. Orada təsdiq edildikdən sonra biz poçt markalarını həmin il ərzində "Tematik plan"a əsasən buraxırıq. Bundan başqa, dahi şəxsiyyətlərlə bağlı respublika prezidentinin müvafiq sərəncamları verildikdən sonra biz onları da "Tematik plan"a əlavə edirik".
HƏQİQƏT
02/03/12 Çap et