Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnternet Explorer” veb-səyyahı mövqeyini itirir
“StatCounter” analitik şirkəti veb-səyyahların 2012-ci ilin fevral ayı üzrə bazar payını qiymətləndirib.
Birinci yerdə olan “İnternet Explorer” (IE) veb-səyyahının fevral ayında bazar payı 35,8% təşkil edib. Müqayisə üçün: 1 il əvvəl “Microsoft” korporasiyasının veb-səyyahının bazar payı təxminən 45,4% idi.
Reytinqdə ikinci yerdə olan “Chrome” veb-səyyahının payı 1 il ərzində 16,5%-dən 29,8%-ə qədər artıb. 24,9% göstərici ilə “Firefox” veb-səyyahı üçüncü yerdədir. Qeyd edim ki, “Firefox” 1 il əvvəl 30,4% göstərici ilə reytinqdə ikinci idi.
Sonrakı yeri 6,8% göstərici ilə “Apple” şirkətinin “Safari” veb-səyyahı tutur. Reytinqdə beşinci olan Norveçin “Opera” veb-səyyahı bazarın təxminən 2%-ni tutur.
EMİL
02/03/12 Çap et