Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kodak” şirkəti foto xidmətini satıb
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Eastman Kodak” şirkəti “Kodak Gallery” onlayn fotoxidmətini satıb. Alıcı “Shutterfly” firması olub. Sazişin qiyməti 23,8 milyon dollar təşkil edir. Bu barədə “Kodak”-ın rəsmi bəyanatına istinadən “Bloomberg” informasiya agentliyi xəbər verib.
Sazişə əsasən, “Kodak Gallery” xidmətinin auditoriyası (75 milyon) “Shutterfly” firmasının ixtiyarına veriləcək.
Məlumat üçün bildirim ki, “Kodak” şirkəti 1 ay əvvəl bildirmişdi ki, rəqəmli fotoaparat, videokamera istehsalını dayandırır və diqqətini gəlirli sahələrə yönəldir.
EMİL
02/03/12 Çap et