Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyalı alimlər “Uçan ev” adlı zəlzələyə davamlı binalar tikməyə başlayıb
Yaponiyanın “Air Danshin Systems İnc” inşaat şirkəti zəlzələyə davamlı binalar tikməyə başlayıb. Yeni sistemlə tikiləcək binalar zəlzələ zamanı yerdən havaya qalxaraq təkanların gücünün binanın fasadına düşməməsini təmin edəcək.
Bu tikiləcək binalar zəlzələyə qarşı effektiv olmaqla yanaşı, ucuz başa gələcək. “Uçan ev”lər adlandırılan sistemin texnologiyasına bir neçə mexanizmlər quraşdırılır. Bina tikilən zaman onun bünövrəsi üzərində xüsusi ötürücülər yerləşdirilir və zəlzələ baş verən zaman onlar siqnalı xüsusi kompressora ötürəcək.
Kompressor zəlzələ zamanı hava kütləsi buraxaraq binanın bünövrə üzərində qalxmasını təmin edəcək. Hava kütləsi tikilinin bünövrə üzərindən 3 santimetr qalxmasına kömək edəcək. Təkanlardan sonra kompressorun hava buraxması dayanacaq və bina yenidən bünövrə üzərinə enəcək.
Yeni sistem artıq Yaponiyadakı 88 xüsusi evdə quraşdırılıb. Yeni sistemin xüsusi evlərdə özünü doğruldacağı təqdirdə digər binalarda da tətbiq ediləcəyi planlaşdırılır.
GÜLNAR
02/03/12 Çap et