“Mənim Azərbaycanım”ı yarım milyondan artıq “Facebook” istifadəçisi ziyarət edib
"Eurovision" ərəfəsində "Mənim Azərbaycanım" onlayn fotomüsabiqəsini 0,533 milyon "Facebook" istifadəçisi ziyarət edib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, "Facebook.com" sosial şəbəkəsində "GoMap.az" milli onlayn naviqatoru tərəfindən keçirilən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənib. Fotomüsabiqənin keçirilməsində məqsəd "Eurovision" ərəfəsində Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır.
Müsabiqədə 87 iştirakçı tərəfindən təqdim olunmuş 255 ədəd fotoşəkil iştirak edib: "Bu fotoşəkillərə 34 672 rəy yazılıb və şəkillər ətrafında maraqlı müzakirələr aparılıb. Cəmi müsabiqə nəticəsində 532 611 nəfər şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini ziyarət edib".
Mərkəzdən bildirilib ki, təqdim olunmuş fotoşəkillər arasında çox maraqlı və düşündürən şəkillərə rast gəlinir: "Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Mənim Azərbaycanım" müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçiriləcək".
Qeyd edək ki, müsabiqədə iştirak edən fotoşəkilləri
https://www.facebook.com/media/set/?set=a.298556193513561.60451.202578809777967&type=3 linki vasitəslilə izləmək olar.
HƏQİQƏT